Accessibility links

Bostonda Tsarnayevin məhkəməsi başlayıb


2013-cü il Boston marafonu zamanı bomba hücumları nəticəsində 3 nəfər həyatını itirib, 260-dan çox insan xəsarət alıb

ABŞ ərazisində baş vermiş ən qəddar terror aktlarından biri olan 2013-cü il Boston bomba hücumunda şübhəli bilinən şəxsin 2 il sonra məhkəmə prosesi başlayıb.

Münsiflər məhkəməsinin üzvlərinin seçimi iki ay davam edib və nəticədə 8 kişi və 10 qadından ibarət heyət Cövhər Tsarnayevə ölüm hökmü tələb edilən məhkəmənin iclasında rəsmən iştirak edib.

Hazırda 21 yaşı olan Tsarnayev 2013-cü ilin aprel ayında Boston marafonunun finiş xəttinə yaxın iki bombanın partlamasına görə ona qarşı irəli sürülən 30 ittihama etiraz edib və günahsız olduğunu bildirib.

Bomba hücumları nəticəsində 3 nəfər həlak olub, ayaqlarını itirən insanlar daxil olmaqla 260-dan çox insan xəsarət alıb. Qətl ittihamlarına bomba hücumundan bir neçə gün sonra Massaçusets Texnologiya İnstitutunun polis zabitinin öldürülməsi daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG