Accessibility links

Birləşmiş Ştatların Təhqiqat Bürosu bazar ertəsi Bostonda keçirilən marafon zamanı azı 3 nəfərin ölümünə, 140 nəfərdən çoxunun yaralanmasına səbəb olan partlayışların arxasında duranların kimlər olduğunu araşdırır. Təhqiqatçılar Borson yaxınlığındakı Revera şəhərindəki bir mənzildə yoxlanış keçirərək, dəlil əldə etmək üçün evdəki əşyaları götürüb.Hələ heç kim həbs edilməyib və şübhəlillər barədə məlumat verilmir.

Ağ Ev hücümu terror aksiyası adlandırıb. Bir neçə agentlik tərəfindən aparılan istintaqa Federal Təhqiqat Bürosu rəhbərlik edir. Partlayışların məsuliyyətini öz üzərinə götürən olmasa da, prezident Barak Obama partlayışlarda əli olanların tapılacağını və qanun qarşısında cavab verəcəklərini deyib.

  • Ötən il marafonda 92 ölkə təmsil olunub.
  • 2013-cü ildə marafona 23 min insan qatılıb.
  • Marafon 8 şəhərdən keçir.
  • Marafon Massaçussetsin Vətənpərvəlik günü bayramında təşkil edilir.
  • Dünyanın ən yaşlı marafonu sayılan Boston marafonu ilk dəfə 1897-ci ildə keçirilib.

XS
SM
MD
LG