Accessibility links

Terror hücumundan bir il sonra növbəti Boston marafonu keçirilir [Fotoqalereya]


Dünyanın ən tanınmış qaçış yarışlarından biri olan Boston Marafonunun bu gün keçirilməsi nəzərdə tutulub. Bir il əvvəl finiş xəttinə yaxın iki bombanın partlaması nəticəsində üç insan həlak olmuş, 260 nəfər yaralanmışdı.

Marafonda iştirak edən 36 min iştirakçıdan 27 minə yaxını 2013-cü ildə qeydiyyatdan keçib. Təşkilatçılar yol boyunca kameralar və təhlükəsizlik qüvvələri yerləşdirib. Həmçinin minlərlə polis işçisi və Milli Qvardiya qüvvələri marafonda təhlükəsizliyə nəzarət edəcək.

Keçən ilki marafonu ilk altılıqda başa vuran kişilərdən 5-i bugünkü yarışda da iştirak edəcək.

Qadınlar arasında keçən ilin qalib kenyalı Rita Ceptu bu ilki marafonda qalibiyyətini yeniləməyə çalışacaq.

Keçən il yarışa başlayıb ancaq bomba partlaması nəticəsində marafonu başa vura bilməyən minlərlə insana yenidən iştirak üçün dəvət göndərilib.

Rəsmilər keçən il baş vermiş hadisəyə görə çeçen Tamerlan və Cövhər Tsarnayev qardaşlarını ittiham edir. Bir neçə gün davam edən axtarış nəticəsində Tamerlan polisin açtığı atəş nəticəsində həlak olmuş, Cövhər isə Boston yaxınlığında həbs olunmuşdu.

Cövhər Tsarnayevin məhkəməsinin bu il noyabr ayının 30-da keçirilməsi nəzərdə tutulub. Məhkəmə onu təqsirli bilərsə, Cövhər Tsarnayevi ölüm cəzası gözləyir.
XS
SM
MD
LG