Accessibility links

Müstəntiqlər qardaşlartın əməllərinin islamçı ekstremistlərdən qaynaqlandığını, lakin heç bir təşkilatla əlaqədə olmadığını bildirir. Onların dediyinə görə, Cövhər qardaşı ilə bərabər tək fəaliyyətdə olduğunu bildirib.

ABŞ-ın səlahiyyətli nümayəndələri Boston marafonu zamanı baş verən partlayışlarla bağlı məlumat toplanılmasını davam etdirir.

Dünən Cövhər Tsarnayevə qarşı kütləvi silahlardan istifadəyə dair ittiham irəli sürülüb. Günahkar tanındığı təqdirdə o, ölüm cəzası ilə üzləşəcək. O, həm də əmlak dağıdılmasında günahlandırılır.

Boston şəhər sakinləri dünən terror aksiyasından bir həftə sonra ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Yerli vaxtla saat 14:50-də təşkil edilən mərasim zamanı zənglər çalınıb.

Boston Polis İdarəsinin komissarı Ed Deyvis Tsarnayev qardaşları ilə polis arasında atışmadan sonra əldəqayıma partlayıcı qurğular tapıldığını bildirib. O, hadisə yerində və qardaşların oğurladığı güman edilən maşında işə düşməmiş çox sayda bomba aşkar edildiyini deyib.

26 yaşlı Tamerlan Tsarnayev ötən cümə axşamı atışma zamanı öldürülüb.

Ələ keçirildiyi vaxt aldığı yaralara görə çoxlu qan itirmiş 19 yaşlı Cövhər Tsarnayev isə keçən həftənin bazar ertəsi günü marafon zamanı üç adamın ölməsi, 176 adamın isə yaralanması ilə nəticələnmiş iki bomba partlayışını nə səbəblə həyata keçirdiyi haqda suallara cavab vermək iqtidarında deyil.

Boston meri Tomas Menino onun boynu və boğazından yaralandığını bildirib.
XS
SM
MD
LG