Accessibility links

Boston partlayışının şübhəlilərindən biri öldürülüb, digəri axtarılır [Atışma Videosu]


Bostonda terror törətməkdə şübhəli bilinən iki çeçen qardaş dünən gecə polislə atışmaya çıxıblar. 26 yaşlı Tamerlan Tsarnayev öldürülüb, onun 19 yaşlı qardaşı Cövhər Tsarnayev qaçmağa müyəssər olub.

Polis hazırda bütün region boyu kütləvi axtariş əməliyyatı keçirir.

Rəsmilər deyir ki, ikinci şübhəli kimi tanınan "ağ papaqlını" tutmaq mümkün olmayıb və qaçaraq yoxa çıxıb. Silahlı olan şübhəlini polis çox təhlükəli şəxs kimi təqdim edib. Polis Bostondan səkkiz kilometr aralıdakı Votertaun şəhərinin sakinlərinə xəbərdarlıq edərək onlara evdən çıxmamağı və polis işçilərdən başqa heç kəsə qapını açmamağı məsləhət görüb.

NBC-nin məlumatına görə, Çeçen əsilli olan şübhəlilər qardaşdır. Associated Press deyir ki, onlar Rusiyanın Çeçenistan regionundandırlar. New York Times-ın məlumatına görə, rəsmilər şübhəlilərin çeçen olduğuna inanır.

ABŞ mediası deyir ki, qardaşlar ABŞ-da qanuni yolla yaşayıb və hazırda axtarışda olan şübhəli 19 yaşlı Cövhər Tsarnayevdir.

Rəsmilər deyir ki, Federal Təhqiqatlar Bürosunun fotosunu ictimailəşdirdiyi Bostonda hücumu həyata keçirən qara papaqlı şübhəli dünən polislə silahlı toqquşma zamanı öldürülüb. Şübhəlilər polisin üzərinə bomba ataraq hadisə yerindən qaçmağa çalışıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG