Accessibility links

100 min dollar ödəyən ABŞ vətəndaşı Robel Filipos elektron nəzarətdə saxlanılacaq

Boston marafonundakı bomba hücumunda əli olmaqda şübhəli bilinən Cövhər Tsarnayevin dostlarından biri 100 min dollar ödədikdən sonra məhkəməyə qədər zaminə buraxılıb.

Məhkəmənin qərarı ilə ev dustaqlığına məhkum edilən Birləşmiş Ştatlar vətəndaşı Robel Filiposa qoluna taxılan elektron bilərzik vasitəsi ilə nəzarət ediləcək. Filipos cinayətlə bağlı müstəntiqlərə yalan danışmaqda ittiham edilir.

Cövhər Tsarnayevin digər iki dostu - dəlilləri gizlətmək və qanun qarşısında yalan danışmaq ittihamları ilə üzləşən əslən qazax milliyətli Əzəmət Tajayakov və Dias Kadırbəyov - gələn həftə məhkəmə qarşısına çıxarılacaqlar.

Bu arada Tamerlan Tsarnayevin cəsədini saxlayan dəfnetmə şirkəti onu dəfn etmək üçün qəbiristanlıq tapa bilmədiyini, və bunun üçün ştat rəsmilərindən kömək istəyəcəyini deyir.

Tsarnayevin valideynləri oğullarının cəsədini Dağıstana qaytarıb gətirməkdən imtina edirlər.
XS
SM
MD
LG