Accessibility links

ABŞ federal hakimi Boston marafonunda partlayış törətməkdə şübhəli bilinən Cövhər Tsarnayevin işi ilə bağlı məhkəməyə bazar etəsi başlayacaq. Müdafiəçi tərəfi məhkəmənin yerini dəyişdirilməsini və tarixini sentyabr ayına kimi təxirə salınmasını tələb edəcək.

Tsarnayevin vəkili bildirib ki, ictimaiyyətin bu məsələyə gərgin münasibət bəsləməsi məhkəmənin ədalətli keçirilməsinə təsir göstərəcək.

Tsarnayev 2013-cü il aprel ayının 15-də ev şəraitində düzəldilmiş iki bombanı marafonun finiş xəttində partladaraq üç adamı öldürməkdə və 260 nəfər yaralamaqda ittiham olunur.

O, ittihamları rədd edir.

Cinayətdə şüphəli bilinən ikinci şəxs Cövhərin qardaşı Tamerlan hadisə zamanı polis tərəfindən öldürülüb.

XS
SM
MD
LG