Accessibility links

Bostonda fövqəladə hal; Heç kəs küçəyə çıxmır [Foto]


Boston and surrounding areas

Boston and surrounding areas

Hazırda Boston regionunda hər şey iflic olub. Sakinlərdən evlərinin qapısını kilitləyərək küçəyə çıxmamaq tələb olunur. İctimai nəqliyyat xidməti dondurulub, məktəblər və universitetlər bağlanıb. Boston regionun hava məkanı da tam qapadılıb, belə ki, ərazinin üzərində uçuşlar qadağan olunub.

Şəkildə də gördüyünüz kimi, Massaçusets ştatının Boston regionun iflic vəziyyətində olan şəhərləri Votertaun, Brayton, Kembric, Nyutaun, Voltam və Belmont daxildir.

Polis ikinci şübhəli olan 19 yaşlı Cövhər Tsarnayevi ən son Votertaun şəhərində görüb. Şübhəli şəxs polisə bomba ataraq hadisə yerindən qaça bilib. Silahlı qarşıdurma zamanı öldürülən böyük qardaş isə 26 yaşlı Tamerlan Tsarnayev idi. Polis onu zərərsizləşdirməyə müvəffəq olsa da, çeçen əsilli qardaşlardan ikincisinin axtarışı isə davam edir. Regionda hər şeyin dondurulması onun silahlı və çox təhlükəli olması ilə bağlıdır.
XS
SM
MD
LG