Accessibility links

Vaşinqtonun Botanika Bağı Milad bayramına hazırdır [Video]


Vaşinqtonun Botanika Bağı Milada hazırdır
please wait

No media source currently available

0:00 0:02:22 0:00
Hər il bayram ərəfəsində Birləşmiş Ştatların Vaşinqton şəhərindəki Botanika Bağı elə gözəl bəzədilir ki, buraya gələn hər yaşda insan heyran qalır. Bu qış Vaşinqton şəhərində havalar soyuq keçsə də, Botanika Bağı isti və bayram əhvali-ruhiyyəsindədir.

Artıq 10 ildir ki, hər dekabr ayında bu nəhəng istixana bayrama bürünür.
Burada ən cəlbedici məqam Vaşinqton şəhərinın görüntüləridir. Burada Ağ Evi, president Linkolnun heykəli olan “Linkoln Memoriali” və lap yaxınlıqda yerləşən Birləşmiş Ştatlar Senatını görmək olar.

Halli Şimizo Botanik Bağın icraedici direktorudur. O, deyir ki, diqqəti bütün bunların bitki materiallarından düzəldildiyi daha çox cəlb edir. “Siz burada bəzi əşyaların palıd və söyüd ağaclarının yarpaqlarından və qozalarından düzəldiyini görə bilərsiniz. Sənət adamları bunları meşələrdən toplayaraq, inanılmaz əsərlər yaradırlar.”

Bu model 600 saat vaxt aparıb. “Burada Smitsonian binaları və Ali Məhkəmə də var. Burada eləcə də Konqres kitabxanası və ziyarətçilərin Vaşinqtonda görmək istədikləri digər binalar da var." deyə, Halli Şimizo bildirir.

Buradakı qatar başqa bir aləmdir. Miniatür dəmiryolun uzunluğu 244 metrdir və dünyanın ən gözəl abidələrinin yanı ilə keçir. Parisin Eyfel Qülləsi, Sietlin Kosmos İynəsi…

Reyçel Smoli bağa tamaşa etməyə gəlib. “Mənim ən çox buradakı Milad yolkası xoşuma gəlir. Əlbəttə ki, Ponsiettalar bütün rəngləri ilə adamı valeh edir.

Botanika Bağı Birləşmiş Ştatların Senat binasının yanında yerləşir. Bu, Şimali Amerikanın ən qədim botanika bağlarındandır ki, Konqres tərəfindən 1820-ci ildə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG