Accessibility links

Böyük Britaniya şahzadəsi Amerikadadır


Böyük Britaniya şahzadəsi Amerikadadır
Böyük Britaniya şahzadəsi Amerikadadır

Böyük Britaniya şahzadəsi Çarlz bu gün ABŞ prezidenti Barak Obama ilə görüşür. Şahzadənin Amerikaya səfəri onun böyük oğlunun toyundan bir necə gün sonraya təsadüf edir. Vaşinqtona dünən gələn şahzadə Çarlz Ali Məhkəmədə keçirilən tədbirdə iştirak edib, azgəlirli ailələr üçün məhsul yetişdirən fermada olub. Bu gün Corctaun universitetində keçirilən kənd təsərrüfatı konfransında şahzadə uzunmüddətli ərzaq sistemi üçün davamlı kənd təsərrüfatına ehtiyac duyulduğunu deyib. Böyük Britaniya şahzadəsi Çarlz bildirib ki, əsas problem sənayeləşmiş ölkələrin yerli fermalara diqqət yetirməməsindədir. Britaniya krallığının varisi artıq 25 ildir ki, şəxsi fermaya malikdir Son dəfə şahzadə Amerikada 2007-ci ildə xanımı Kamilla ilə birlikdə olmuşdu.

XS
SM
MD
LG