Accessibility links

Böyük Britaniya kraliçası Yelizavetanın 4 günlük yubiley mərasimləri başlayıb


Böyük Britaniya kraliçası Yelizavetanın 4 günlük yubiley mərasimləri başlayıb.

Bu gün Epsom Daun at yarışı mərasiminə 150 min insan toplaşıb. Kraliçanın taxta keçməsinin 60-cı ildönümü 41 salyut və Londonun mərkəzində keçirilən paradla başlayıb.

Sabah kraliça Yelizaveta Teym çayında gəzintiyə çıxmalı, onun şərəfinə təşkil edilən konsetdə iştirak etməlidir.

86 yaşlı kraliça bazar ertəsi günü milli mayakı alovlandıracaq. Çərşənbə axşamı isə o, Müqəddəs Pol kilsəsində təşkil edilən dini mərasimə qatılacaq.

Kral ailəsi Bukingem sayanın eyvanından britaniyalıları salamlayacaq.

Kraliça Yelizaveta 1952-ci ildə atası kral Corcun vəfatından sonra taxta sahib olub. Hazırda o, Kanada, Britaniya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası və Şri-Lankanın kraliçasıdır.

XS
SM
MD
LG