Accessibility links

Böyük Britaniyanın baş nazirinin Hindistan səfəri davam edir


Deyvid Kameron bu gün Hindistanın baş naziri Manmohan Sing və prezidenti Pratibha Patillə görüşüb

Hindistan və Britaniya arasında nüvə və müdafiə razılıqları əldə edilib. Hindistanla ticarət missiyasına rəhbərlik edən Britaniyanın baş naziri Deyvid Kameron deyib ki, iki ölkə arasında münasibətlər iqtisadi artımın inkişafı və işsizliyin azaldılması istiqamətində irəliləməlidir. Hindistan baş nazirin səfəri çərçivəsində Britaniyanın müdafiə şirkəti BAE-dən 57 qırıcı təyyarə almağa razılıq verib. Britaniyanın baş naziri Deyvid Kameron bu gün Hindistanın baş naziri Manmohan Sing və prezidenti Pratibha Patillə görüşüb.

XS
SM
MD
LG