Accessibility links

ABŞ-ın böyük şəhərlərində Trampa qarşı etirazlar keçirilir [Video]


ABŞ prezident seçkilərinin nəticələri bir çox ABŞ şəhərində etirazlara səbəb olub. Prezidentliyə yenicə seçilmiş Donald Trampa qarşı nümayişlər hətta Texasda, yəni ənənəvi olaraq respublikaçı namizədləri dəstəkləyən ştatda da baş tutub.

Cümə axşamı Trampın Ağ Evdə prezident Barak Obama ilə görüşündən bir neçə saat sonra qəzəbli etirazçılar Trampı meksikalı mühacirləri deportasiya etmək vədi və qadınlarla bağlı işlətdiyi nalayiq ifadələrinə görə pisləmək üçün prezident iqamətgahının önündə toplaşdılar. Bundan əlavə günün ilk yarısında Trampın doğma Nyu-York şəhərində də etirazlar keçirilmişdi.

Nyu-Yorkda Trampa qarşı etiraz aksiyaları

Nyu-Yorkda Trampa qarşı etiraz aksiyaları

“O, iyrənc insandır. O, bu ölkə üçün təhqiredici nifrət oyadan şeylərdən başqa heç nə deməyib. O, dəyişikliyə və mütərəqqi bir dünyaya inanan heç kəsi qəbul etmir. O, yalançıdır,” deyə nyu-yorklu bir etirazçı bildirib.

Etirazçılar nəyə nail olmaq istəyirlər? Los Ancelesdə yerləşən Kaliforniya Universitetinin bir tələbəsi deyir ki, onun etiraz etməkdə məqsədi Trampa Amerikanın sadəcə ona səs verən insanlardan ibarət olmadığını, Amerikada onunla razılaşmayan insanların da olduğunu xatırlaqmaq idi. Bununla o, onların fikir birliyi əldə edə biləcəklərinə ümid edir.

Siyasi təhlilçi Klaus Larresin dediyinə görə, etirazlar sağlam və möhkəm demokratiya əlamətidir və hakimiyyətin sülh yolu ilə dayişməsinə maneə törətməyəcək.

“Niyə də yox. Nə üçün onlar məyusluqlarını dilə gətirməməlidir? Amma təbii ki, onlar dinc olmalıdırlar. Onlar demokratiyada baş verən normal prosesin bir hissəsi olmalıdır və mən bunun hakimiyyətə gəlməyə hazırlaşan hər hansı prezidentə təsir göstərəcəyini düşünmürəm,” deyə o bildirir.

Vaşinqtonda Trampa qarşı etiraz aksiyası

Vaşinqtonda Trampa qarşı etiraz aksiyası

Larresin fikincə indi etiraz etmək üçün artıq bir az gecdir.

“Bu nümayişlər seçkidən öncə olmalı idi. İndi biz nəticələri qəbul etməli və, prezident Obamanın da dediyi kimi, Trampa siyasətini həyata keçirmək üçün şans verməliyik. Bundan sonra əlimizdə etiraz etmək üçün bir səbəbin olub-olmadığını görəcəyik.”

Qələbəsindən sonrakı ilk çıxışında prezidentliyə yeni seçilmmiş Tramp barışdırıcı qeydlər edərək, ölkənin yaralarını bağlamalı olduğunu deyib. Cümə axşamı prezident Obama və Nümayəndələr Palatasının spikeri Pol Rayanla görüşəndən sonra Trampın ritorikasında artıq seçki kampaniyasn çıxışlarında etdiyi heç bir təhqiramiz ifadələri yer almırdı.

Show comments

XS
SM
MD
LG