Accessibility links

Böyük Səkkizlər Qəzzafinin istefasına çağırdılar


Böyük Səkkizlər Qəzzafinin istefasına çağırdılar

Böyük Səkkizlər Qəzzafinin istefasına çağırdılar

Böyük Səkkizlər Liviya lideri Müəmmər Qəzzafini istefa verməyə çağırıblar. Onlar habelə demokratiyaya keçid etməyə çalışan ərəb ölkələrinə 40 milyard dollar həcmində yardım göstərəcəklərini bəyan ediblər.

Bu bəyanatlar Fransanın Deauville şəhərində keçirilən ikigünlük sammitin sonunda verilib. Yaxın Şərq və Şimali Afrikadakı üsyanları ilə müşayiət olunan ərəb baharı gündəlikdə başlıca yer alıb.

Sərt tonlu bəyanatda deyilir ki, "Qəzzafi üçün azad, demokratik Liviyada gələcək yoxdur. O, getməlidir!" Bəyanatda həmçinin vuröulanır ki, liviya qüvvələri tərəfindən mülki əhaliyə qarşı zorakılığa son qoyulmalıdır və bunu edənlər cavabdeh tutulacaq.

Bəyanatda həmçinin qeyd olunur ki, Suriya hökuməti öz xalqına qarşı zorakılıq və hədə-qorxu kampaniyasına son qoymalıdır. Səkkizlər Bəşar əl-Əsəd hökumətinin etiraz səsini ucaldan vətəndaşları qırmasını pisləyib.

XS
SM
MD
LG