Accessibility links

Böyük İyirmiliyin Meksika sammiti işinə başlayıb


Bu gün Böyük İyirmiliyin ikigünlük Meksika sammiti işinə başlayıb. Los-Kobos kurort şəhərində keçirilən görüşün diqqət mərkəzində avrozonaya daxil olan ölkələrin iqtisadi problemləri yer alır.

Avropanın maliyyə bəlaları ABŞ iqtisadiyyatına ciddi təhlükə yaratmaqla yanaşı, Barak Obamanın yenidən prezident seçilməsinə maneə törədə bilər.

Sammitdə Suriyadakı durum da gündəmə gətiriləcək.

Sammit çərçivəsində ABŞ prezidenti Barak Obama Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşməlidir. Belə ki, Ruisya və Çin Əsəd hökumətini BMT-nin bütün ciddi ölçülərindən qorumağa çalışır.

XS
SM
MD
LG