Accessibility links

BP bu gün mühüm sınaq keçirə bilər


BP bu gün mühüm sınaq keçirə bilər

BP bu gün mühüm sınaq keçirə bilər

Şirkət quyunun ağzını örtən qapaqda kiçik sızmaların olmasını aşkarlayaraq testi təxirə salmışdı

Enerji şirkəti BP hələ də ümidvardır ki, Meksika körfəzində zədələnmiş quyunun birdəfəlik düzəltmək üçün bu gün təmir işlərinə başlaya bilər. Dünən şirkət bu sınağı təxirə salmalı olmuşdu. Sınaq prosesin “Palçıqla doldurulma” adlanan əməliyyatla aparıla biləcəyini müəyyən edəcək. Şirkət quyunun ağzını örtən qapaqda kiçik sızmaların olmasını aşkarlayaraq testi təxirə salmışdı. Hazırda bunun üzərində işləyən rəsmilər deyir ki, sınaq və “Palçıqla doldurulma” əməliyyatı bu gün də başlaya bilər. Qapaq iyulun ortalarında quyunun ağzına yerləşdirilib. O, quyunun ağzını bağlasa da, müvəqqti təmirə ehtiyacı var idi.

XS
SM
MD
LG