Accessibility links

BP dünən axşam Meksika Körfəzində tıxacı bərpa edib


Dünən günün əksər hissəsi Meksika Körfəzində neftin sərbəst şəkildə suya axmasından sonra neft sızan quyunun tıxacı əvvəlki yerinə qoyulub

Dünən günün əksər hissəsi Meksika Körfəzində neftin sərbəst şəkildə suya axmasından sonra neft sızan quyunun tıxacı əvvəlki yerinə bərpa olunub. Neft nəhəngi BP, dünən axşam tıxacı yerinə bərpa edərək yenidən sınıq borudan sızan nefti saxlamağa başlayıb. Bu gün ABŞ dövlətinin sızma rezonansı üzrə qrup sözçüsü Amerikanın Səsinə deyib ki, inşaatçılar tıxacın əvvəlki kimi işləyə biləcəyini hələ də yoxlayırlar. Dünən gecə dayanan, 24 saat ərzində təxminən 16,800 barel neft yığılıb və ya yandırılıb. Bu, dünən sistemin 11 saat sönməsindən əvvəl yığılmış və ya yandırılmış neftin həcmindən təxminən 10,000 barel azdır. Rəsmilər deyiblər ki, su altı robot tıxac sisteminə toxunmaqla BP-ni baş vermiş zədəni yoxlamaq üçün tıxacı çıxartmağa məcbur edib. Tıxac çıxarıldıqdan sonra neft quyudan suya axmışdir.

XS
SM
MD
LG