Accessibility links

BP ilin ikinci kvartalında milyardlarla dollar itirib


Britaniyada qərargahlanan neft nəhəngi BP ötən kvartal ərzində rekord itkilərə məruz qaldığını bildirir. Bu arada şirkət prezident Toni Heyvordu əvəzlədiyini təsdiq edib. BP 2010-cu ilin ikinci kvartalında Meksiko Körfəzində baş verən neft axını üzündən 17 milyard dollar itirdiyini açıqlayıb. Şirkət bu pulun axıntının qarşısını almaq üçün xərcləyəcəyi 37 milyard dollarlıq fonddan çıxacağını bildirib. BP növbəti 18 ay ərzində 30 milyard dollarlıq vəsait satacağını bəyan edib. Buraya körfəz sakinlərinə kompensasiya ödəmək məqsədilə ayrılmış 20 milyard dollar da daxildir. Şirkət həmçinin təsdiq edib ki, oktyabrın 1-dən etibarən şirkətə Robert Dadli rəhbərlik edəcək.

XS
SM
MD
LG