Accessibility links

BP şirkəti Azərbaycana daha 20 milyard fund-sterlinq investisiya qoyacaq


BP şirkəti Azərbaycana daha 20 milyard fund-sterlinq investisiya qoyacaq
BP şirkəti Azərbaycana daha 20 milyard fund-sterlinq investisiya qoyacaq

Azərbaycana yatırılan xarici investisiyanın 50%-dən çoxu Böyük Britaniya şirkətlərinə məxsusdur. İnvestisiyalar əsasən neft-qaz sahəsinə yatırılıb.

Böyük Britaniyanın BP şirkəti Azərbaycana daha 20 mlrd. funt-sterlinq (təxminən 31 mlrd. dollar) investisiya yatırmaq niyyətindədir.
”APA-EKONOMİCS”in xəbərinə görə, bu barədə Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycana investisiyalar yatıran ölkələr sırasında Böyük Britaniya birinci yeri tutur: “Azərbaycana yatırılan xarici investisiyanın 50%-dən çoxu məhz Böyük Britaniya şirkətlərinə məxsusdur”.
İnvestisiyanın əsasən neft-qaz sahəsinə yatırıldığını bildirən nazir qeyd edib ki, Böyük Britaniya Azərbaycanda maliyyə, tikinti sənayesi və digər sahələrə də sərmayə qoymaq niyyətindədir: “Gələcəkdə Azərbaycana investisiyaları genişləndirmək niyyətindəyik. BP şirkəti indiyədək Azərbaycana 20 mlrd. funt-sterlinq həcmində vəsait yatırıb, gələcəkdə əlavə 20 mlrd. funt-sterlinq həcmində sərmayə qoymaq nəzərdə tutulur. Bunun sayəsində boru kəmərləri infrastrukturu genişləndiriləcək, ölkədə hasil olunan neft-qazın nəqlinin təhlükəsizlik məsələləri bir qədər də yaxşılaşacaq”.

XS
SM
MD
LG