Accessibility links

BP neftin axmasının qarşısını almaq üçün son səylərə başlayıb


Rəsmilər “Top kill” əməliyyatının uğurlu olacağına təminat verməyib

BP neft şirkəti bildirir ki, Meksika körfəzində neft axıntısının qarşısını almaq üçün şirkət planlaşdırdığı kimi bugün yeni əməliyyata başlayıb. Ancaq rəsmilər “Top kill” əməliyyatının uğurlu olacağına təminat verməyib. Son səylər dünən başlayıb. Məqsəd quyunun ağzını qapamaqla neft axıntısının qarşısını almaqdır. BP-nin icraedici direktoru Toni Heyvard bildirib ki, 24 saatdan sonra əməliyyatın uğurlu olub-olmadığını söyləmək olacaq. BP rəsmiləri əməliyyatın uğurlu olma şansını 60-70 faizlik göstərici ilə qiymətləndirir. Çünki quyu 1500 metr dərinlikdədir, “Top Kill” əməliyyatı isə heç vaxt bu qədər dərinlikdə aparılmayıb.

XS
SM
MD
LG