Accessibility links

BP-nın neft axını problemini həll etmək səyləri ABŞ və Britaniyanın diqqət mərkəzindədir


BP-nın neft axını problemini həll etmək səyləri ABŞ və Britaniyanın diqqət mərkəzindədir
BP-nın neft axını problemini həll etmək səyləri ABŞ və Britaniyanın diqqət mərkəzindədir

ABŞ-ın Meksika körfəzində nəhəng neft axınının qarşısını almaq səyləri prezident Barak Obama və Britaniyanın baş naziri Deyvid Kamerun arasında müzakirə ediləcək

British Petroleum şirkətinin ABŞ-ın Meksika körfəzində nəhəng neft axınının qarşısını almaq səyləri bu gün prezident Barak Obama və Britaniyanın baş naziri Deyvid Kamerun arasında danışıqların diqqət mərkəzində olacaq. Rəsmilərin bildirdiyinə görə, iki lider şirkətin neftin axdığı quyunun qapanması və dənizi çirkləndirən milyonlarla barrel neftin təmizlənməsi səylərini müzakirə edəcək. Prezident Obama Britaniya iqtisadiyyatında olduqca mühüm yer tutan BP-ni ciddi tənqid etmişdir. Bununla belə, Ağ Ev körfəzdə yaranmış böhranın iki ölkənin hökuməti arasında gərginliyə səbəb olduğu fikrini rədd etmişdir.

XS
SM
MD
LG