Accessibility links

BP rəhbəri neft axıntısının dayandırılması səylərində irəliləyiş görür


BP rəhbəri neft axıntısının dayandırılması səylərində irəliləyiş görür
BP rəhbəri neft axıntısının dayandırılması səylərində irəliləyiş görür

Toni Heyvord məlumat verib ki, körfəzdə açılmış neft quyusunun üzərinə qoyulan konteyner son 24 saat ərzində 10 min barrel neft saxlayıb

BP rəhbəri Toni Heyvord Meksiko Körfəzində baş verən neft axıntısına görə istefa vermək fikrində olmadığını bildirib. Bazar günü BBC telekanalına müsahibə verən Heyvord söyləyib ki, BP böhrana sonadək nəzarət edəcək və onun fikrincə, neft şirkəti bu fəlakətdən qurtula biləcək. Heyvord məlumat verib ki, körfəzdə açılmış neft quyusunun üzərinə qoyulan konteyner son 24 saat ərzində 10 min barrel neft saxlayıb. BP ümid edir ki, bu həftə ərzində axıntı verən quyunun üzərinə ikinci konteyner qoyulacaq. BP rəsmiləri hər gün quyudan okeana 19 min barrel neft axdığını deyirlər. Aprelin 20-də baş vermiş partlayışın nəticəsi olaraq okeana axan neftin ümumi həcmi ilə bağlı təxminlər müxtəlifdir.

XS
SM
MD
LG