Accessibility links

BP sızan neftin qarşısını almaq üçün bu heftə yeni plan irəli sürdü


BP sızan neftin qarşısını almaq üçün bu heftə yeni plan irəli sürdü
BP sızan neftin qarşısını almaq üçün bu heftə yeni plan irəli sürdü

Yeni strategiya qırılmış neft kəmərinin mişarlanmasını və kəsintinin üzərinə gümbəzin qoyulmasın nəzərdə tutur.

Neft nəhəngi BP bu həftə Meksika Körfəzindəki quyudan sızan neftin qarşısını almaq üçün yeni plan irəli sürüb.Altı həftəlik uğursuz səylərdən sonra BP çərşənbə günü yeni strategiya ilə çıxış edib. Yeni strategiya qırılmış neft kəmərinin mişarlanmasını və kəsintinin üzərinə gümbəzin qoyulmasın nəzərdə tutur. Sahil patrul xidməti rəsmiləri çərşənbə axşamı bildirib ki, neftin suyun üzünə çıxmasının qarşısını almaq 3 gün çəkəcək. BP həmçinin sızmanı tamamilə dayandırmaq üçün əlavə iki quyu qazır. Lakin bu proses avqust ayından tez başa çatmayacaq. BP tərəfindən icarə edilən neft buruğunun aprelin 20-də partlayışı 11 fəhlənin ölüm və neftin Meksika körfəzinə axmasına səbəb olub. Bu axıntı ABŞ tarxində ən böyük neft sızmasıdır. Federal rəsmilər hazırda fəlakətlə əlaqəli cinayət və mülki məhkəmə işi açıb.

XS
SM
MD
LG