Accessibility links

BP sızan quyunu sementləməyə hazırlaşır


BP neft şirkəti Meksika Körfəzindəki partlamış neft quyusunu sementlə doldurmağa hazırlaşır. Ümid edilir ki, dörd ay sürən təbii fəlakətə son qoyulmasında bu, axırıncı addım olacaq. BP palçıqla doldurulmuş quyuyua əlavə sement vurulmasına federal rəsmilərin icazəsini çərşənbə günü alıb. Federal səylərə rəhbərlik edən, təqaüddə olan Sahil Xidmətinin admiralı Təd Allen bildirib ki, quyunun sementlə doldurulması ikinci quyunun qazılmasını ləngitməyəcək. Boşaltma quyusu adlanan ikinci quyunun məqsədi neftin partlamış quyuda təzyiqini azaldaraq onun səthə axmasının qarşısını almaqdır. Həminin quyunun avqust ayının sonunadək qazılacağı gözlənilir.

XS
SM
MD
LG