Accessibility links

BP TANAP-ın səhmdarlarından oldu


TANAP layihısi
TANAP layihısi

BP şirkəti və Trans-Anadolu boru kəməri (TANAP A.Ş.) konsorsiumu arasında martın 13-də Türkiyədə sənəd imzalanıb.

"TRT Haber" bildirir ki, bununla da britaniya şirkəti TANAP-ın səhmdarlarının tərkibinə daxil olacaq. Razılaşmaya əsasən, BP layihədə 12 faizlik paya sahib olacaq.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.

TANAP-da 58% SOCAR-a məxsusdir. 30% səhmlər isə Türkiyənin dövlət boru şirkəti BOTAŞ-ın payındadır.

Martın 17-də Türkiyənin Kars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçiriləcək. Bu mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı planlaşdırılıb.

TANAP layihəsi ilə ilk qazın Şahdəniz-2 layihəsindən qəbulu 2018-ci ilin dördüncü rübünə təsadüf edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG