Accessibility links

BP-Azerbaijan şirkətinə yeni rəhbər təyin edilib


Rəşid Cavanşir
Rəşid Cavanşir

Rəşid Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək

BP bu gün Rəşid Cavanşirin Londonda BP-nin Strategiya və İnteqrasiya bölümü üzrə baş vitse-prezidenti təyin olunduğunu elan edib. O 2009-cu ilin sentyabr ayından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionundakı biznesinə rəhbərlik edirdi.

BP-Azerbaijan şirkətinin açıqlamasında bildirilir ki, R.Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək. Birrell öz yeni vəzifəsinin icrasına bu il noyabr ayının 15-dən başlayacaq.

Birrell hazırda BP-nin Hasilat bölümü üzrə Texniki Təhlükəsizlik və Əməliyyat Riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir.

Birrell Azərbaycan layihələri ilə yaxşı tanışdır, çünki əvvəllər BP-Azərbaijan şirkətində vitse-prezident vəzifəsində işləyib.

Xatırladaq ki, oktyabrın 11-də hökumətin iclasında prezident İlham Əliyev müqavilə yataqlarında neft hasilatının kəskin azalmasına görə BP şirkətini tənqid etdikdən sonra
BP-Azerbaijan-da kadr dəyişikliyi baş verir.

Azərbaycan vətəndaşı Rəşid Cavanşir 17 il BP şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Ötən il Azərbaycan prezidenti onu “Şöhrət” ordeni ilə təltif edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG