Accessibility links

bp Azərbaycanda danışıqlar aparır


bp şirkətinin icraçı direktoru Robert Dadli
bp şirkətinin icraçı direktoru Robert Dadli

Şirkətin icraçı direktoru Robert Dadli prezident Əliyev və SOCAR rəhbəri Abdullayevlə görüşüb

bp PLC şirkətinin icraçı direktoru Robert Dadli Azərbaycanda səfərdədir. O prezident İlham Əliyev və Azərbaycan Dövlət Neft Şirkıtinin prezidenti Rövnəq Abdullayevlə görüşlər keçirib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezidenlə görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, Azərbaycanda işlənilən yataqlar, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulanıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşdə SOCAR və bp arasında son iki ay ərzində "Azəri-Çıraq-Günəşli" dəniz yataqlarında hasilatın stabilləşdirilməsi yönümündəki əməkdaşlıq məsələləri müzakirə edilib, həmçinin qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu il Azərbaycan prezidenti bp şirkətinin Azərbaycandakı fəaliyyətini kəskin tənqid edib və müqavilə öhdəliyini yerinə yetirmədiyini bildirib.

Tənqiddən sonra şirkət Azərbaycan ofisində kadr dəyişikliyi edib. bp və ARDNŞ müqavilə öhdəliyinin yerinə yetirilməsi üçün birgə məsləhətləşmələr aparıb.
XS
SM
MD
LG