Accessibility links

BP-nin rəhbəri Konqres üzvlərinin suallarına cavab verib


BP-nin rəhbəri Konqres üzvlərinin suallarına cavab verib

BP-nin rəhbəri Konqres üzvlərinin suallarına cavab verib

Meksika körfəzinə gündə minlərlə barel neftin axmaqda davam etdiyi bir zamanda Nümayəndələr Palatasının üzvləri neft quyusunun qazıntısı və inşaatı zamanı, isitifadə olunan üsullar barədə suallar qaldırdılar. Qanunvericilər, BP-ni vaxta və pula qənaət etmək üçün fəlakətə gətirib çıxardan təhlükəli qısa yol seçməkdə təqsirləndirir.

BP-nin məsul rəhbəri Meksika korfəzində, nəhəng neft axınına görə “böyük məsuliyyət.” hiss etdiyini söylədi. O eyni zamanda fəlakətin nəyin üzündən baş verməsinə açıqlıq gətirilməsi üçün hələ çox tez olduğunu bildirdi. ABŞ nümayəndələr palatasının alt komitəsinin üzvləri BP-nin icra başcısı Toni Hayvardı cümə axşamı, Meksika körfəzinə gündə minlərlə barel axmaqda davam edən neft quyusunun qazıntısı və inşaatı zamanı, isitifadə olunan üsullar barədə sorğu sual etdilər. Qanunvericilər, komitənin sədri Bart Stupak daxil olmaqla, BP-ni vaxta və pula qənaət etmək məqsədi ilə fəlakətə gətirib çıxardan təhlükəli qısa yol seçməkdə təqsirləndirir. Lakin Hayvard dönə-dönə qərar çıxartma prosesində işdirak etmədiyini bildirdi. O həmçinin, aprel ayının 20-ndə Luiziyana ştatının sahilində yerləşən neft buruğundakı fəlakət haqda BP-nin daxili təhqiqatının nəticələrini gözlədiyini bildirdi. Henri Vaksmenin nümayəndəsi Hayvardı komite ilə əməkdaşlıq etməməkdə günahlandırdı. Hayvard bu ittihami inkar edib.



XS
SM
MD
LG