Accessibility links

Mayın 24-də Brüsseldə 3 nəfərin ölümü ilə nəticələnən Yəhudi Muzeyinə hücumla əlaqədar şübhəli şəxs Fransada saxlanıb.

Fransa və Belçika rəsmiləri deyir ki, 29 yaşlı sübhəli dünən Fransanın Marsel şəhərində avtobus dayanacağında nəzarət altına alınıb. Onun üzərində hücumda istifadə olunan Kalaşnikov avtomatının eynisi aşkar edilib.

Şübhəli şəxs əslən Fransanın şimalındakı Robo şəhərindəndir. Ancaq onun 2013-cü ildə islamçı döyüşçülərə qoşulmaq üçün Suriyaya getdiyi ehtimal olunur.

Polis açıqladığı təhlükəsizlik kamerası görüntülərində hücum edən şəxsin üzü aşkar görünməsə də, həmin şəxsin çantadan Kalaşnikovu çıxararaq muzeydəki insanlara atəş açdığı aşkar görünür.

Hücumun başlıca səbəblərindən birinin anti-semitizm motivinin olduğu ehtimal edilir.
XS
SM
MD
LG