Accessibility links

Laxdar Brahimi:İran “Cenevrə-iki” konfransına qatılmalıdır


BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi gələn ay Cenevrədə keçiriləcək sülh konfransına dəstək qazanmaq məqsədi ilə İrana səfər edib.
O, İranın yüksək səlahiyyətli rəsmiləri ilə görüşüb.

Bu gün Tehranda keçirdiyi mətbuat konfransında Brahimi deyib ki, İran “Cenevrə-iki” konfransına qatılmalıdır. Nümayəndə BMT-nin baş katibi Ban Gi Mun və Ərəb Liqasının baş katibi Nabil Əl-Ərəbinin İranın iştirakının cavibliyini düşündüyünü deyib.

Brahimi bunları İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra deyib.

Zərif İranın Suriya böhranının sülh yolu ilə həllinin tərəfdarı oldğunu vurğulayıb.

Qeyd edək ki, 2011-ci ildən Suriya münaqişəsi 100 mindən artıq insanın ölümünə, milyonlarla suriyalının evindən digərgin düşməsinə səbəb olub.
XS
SM
MD
LG