Accessibility links

Bratislava yaxınlığında silahlı şəxs altı nəfəri qətlə yetirib


Bratislava xəstəxanasının sözçüsü yaralananlar arasında üç yaşlı uşağın olduğunu bildirib

Slovakiya rəsmilərinin dediyinə görə paytaxt Bratislava yaxınlığında silahlı şəxs altı nəfəri qətlə yetirib və azı 12 nəfəri yaralayıb. Bundan sonra həmin şəxs sifətinə güllə ilə vuraraq özünü öldürüb. Slovakiyanın milli TASR xəbər agentliyi bu gün məlumat verib ki, atışma Bratislava yaxınlığında Devinska Nova Ves rayonunda baş verib. Polis rəisi Yeroslav Spisiak deyib ki, 50 yaşlı hücumçu evin həyətində altı nəfəri qətlə yetirəndən sonra avtomat silahla evə daxil olub. Bratislava xəstəxanasının sözcüsü yaralananlar arasında uç yaşlı uşağın olduğunu bildirib. Silahlı şəxsin məqsədi aydın olmayıb. İlkin məlumatda 14 nəfərin yaralandığı deyiləsədə polis rəisi sonra bir polis zabiti də daxil olmaqla doqquz nəfərin gülləyə tuş gəldiyini bildirib.

XS
SM
MD
LG