Accessibility links

Missuri ştatının St. Luis şəhəri yaxınlığında polis tərəfindən öldürülən Maykl Braunun dəfn mərasiminə minlərlə insan toplaşıb. Mərasim polisin ciddi nəzarəti altında təşkil edilib.

Hadisə baş verən Ferqusen şəhərində son günlər sakitlik olsa da, şəhər iki həftə ciddi qarşıdurmalara səhnə olmuşdu.

18 yaşlı qaradərili silahsız gəncin ağdərili polis əməkdaşı tərəfindən öldürülməsinə etiraz olaraq aksiyalar keçirilmişdi.

İğtişaşlar səbəbi ilə 150 adam nəzarət altına alınıb.

Bir çoxları polisin nümayişçilərə cavabının ağırlığından və qaradərili gəncin öldürülməsinin irqçiliyə əsaslandığından şikayətlənir.

Braunun atası mərasim iştirakçılarını təmkinli olmağa, mərasimi pozmamağa çağırıb.

XS
SM
MD
LG