Accessibility links

Prezident Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib

  • Amerikanın səsi

Prezident Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib

Prezident Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib

Prezident Obama xüsusi səlahiyyətindən istifadə ilə Konqresin tətildə olduğu bir vaxtda müxtəlif vəzifələrə altı namizədini senatın təstiqi olmadan təyin etdi. Ağ Evin çərşənbə günü yaydığı bəyanatda deyilir ki, Prezident uzun müddətdən bəri vakant qalan altı mühüm vəzifəyə namizədlərini Konqresin tətildə olduğu zamanda təyin etmək qərarını açıqlayıb.

Prezident Obama xüsusi səlahiyyətindən istifadə ilə Konqresin tətildə olduğu bir vaxtda, Metyu Brayzanın səfirliyi də daxil, müxtəlif vəzifələrə altı namizədini senatın təstiqi olmadan təyin etdi. Ağ Evin bu gün yaydığı bəyanatda deyilir ki, Prezident uzun müddətdən bəri vakant qalan altı mühüm vəzifəyə namizədlərini Konqresin tətildə olduğu zamanda təyin etmək qərarını açıqlayıb.

Birləşmiş Ştatlar Prezidenti Barak Obamanın öz səlahiyyətlərindən istifadə edərək, Koqresin tətildə olduğu bir zamanda təyinatlarını başa çatdırdığı rəsmilərin siyahısına Azərbaycan Respublikasına səfir təyin olunan Metyu Brayzaya əlavə olaraq baş prokurorun müavini, Dövlət Nəşriyyatı idarəsinin başçısı, Birləşmiş Ştatların Çex Respublikası, Suriya və Türkiyədəki səfirləri də daxildir.

Xatırladaq ki, Konqresin, o cümlədən Senatın tətildə olduğu vaxtlarda Prezidentin istifadə etməsi mümkün olan “Tətil təyinatı” deyilən səlahiyyətə müraciət Amerikada prezidentlərin vaxdaşırı istifadə etdikləri bir üsuldur. Qanunvericilər arasında heç də populyar olmayan bu səlahiyyət prezidentlərə Senatın onların namizəd göstərdiyi şəxslərin namizedliyini təstiq etmədiyi və ya bunu yubatdığı zamanlarda öz namizədlərini Senatın təstiqi olmadan bu vəzifələrə bir başa təyin etmə imkanı verir. Prezident bu səlahiyyətdən ancaq Senatın tətildə olduğu vaxtlarda istifadə edə bilir.

Məlum olduğu kimi senatın Dövlət Katibinin Avropa və Avrasya Məsələləri üzrə Müşaviri Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi Senatın Xarici Əlaqələr Komitəsində geniş müzakirə edilmiş, onun həyat yoldaşının Türk olması, özünün Azərbaycan rəsmiləri ilə yaxın əlaqələri olması ilə əlaqədar suallar qaldırılmışdı.

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nəmizədliyi Senatın Xarici Əlaqələr komitəsində təstiq edilsə də komitənin üzvlərindən, Demokrat sentorlar Barbara Bokser və Robert Menendez senator kimi selahiyyətlərindən istifadə edərək Metyu Brayzanın namizədliyinin Senatda səsə qoyulmasının qarşısını amışldılar.

Qeyd edək ki, prezidentlərin “Tətil təyinatları”na qarşı müəyyən məhdudiyyətlər də mövcutdur. Bu təyinatlar Konqresin işinə başlamasından sonra müəyyən müddət ərzində, təstiq oluna bilər. Bu baş vermədiyi təqdirdə təyin olunan şəxs ancaq müəyyən müddət ərzində həmin vəzifədə qala bilər ki, bu təqribən bir ildir. Keçmiş prezident Corc Buş zamanında, “Tətil təyinatı” ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə teyin edilən səfir Con Bolton Senatın təstiqi olmadan bir il həmin vəzifəni yerinə yetirmişdi.

XS
SM
MD
LG