Accessibility links

Bir həftədən çox davam edən ölkə boyu etirazlardan sonra Braziliya prezidenti Dilma Rouseff hökümətin siyasi islahatlara başlamaq üçün referendum keçirəcəyini deyib.

Xanım Rouseff həmçinin ictimai nəqliyyatda, təhsildə, səhiyyədə investisyanı sürətləndirəcək 23 milyard dollarlıq plan və siyasi korrupsiyanın qarşısının alınmasını nəzərdə tutan islahatları açıqlayıb.

Prezident Braziliyada əyalət qubernatorları, icra hakimləri, nümayişçilərin liderləri və bir çox şəhərlərdə ictimai nəqliyyatda qiymətlərin artırılmasının qarşısını alan müstəqil qrupların üzvləri ilə görüşüb.

Nümayişlər avtobus və metroda qiymətlərin artırılmasına etiraz olaraq başlamışdı. Ancaq daha sonra nümayişlər yüksək vergilər, geniş yayılmmış korrupsiyaya və hökümətin ictimai nəqliyyatda xidmətin aşağı səviyyəsinə diqqət etməməsinə qarşı yönəlib.

Nümayişlər 2016-cı ildə keçiriləcək yay oyunları və gələn il dünya futbol çempionati və konfederasiya kuboku uğrunda oyunlar üçün milyardlarla dollar vəsaitin xərclənməsinə etiraz olaraq keçirilib.
XS
SM
MD
LG