Accessibility links

Braziliyanın onlarla şəhərində etirazlar davam edir [Fotoqalereya]


Braziliya hökumətinin bəzi tələbləri yerinə yetirməsinə baxmayaraq, ölkədə eriraz nümayişlərinin hələ də davam etdiyinə görə prezident təcili yığıncaq çağırıb.

Cümə axşamı 300 mini Rio De-Janeyroda olmaqla, ölkənin onlarla şəhərində bir milyona qədər insan etiraz nümayişlərinə çıxıb. Kütlənin qarşısını alamq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Braziliyanın paytaxtındakı Xarici İşlər Nazirliyinə hücum edən və yanğınlar tərədən nümayişçilər polis tərəfindən binadan çıxarılıb.

Prezident Dilma Russef bu gün bir neçə nazirlə görüşərək, ölkədə son 20 ildə ən böyük nümayişlərə necə münasibət göstərilməsi məsələsini müzakirə edib.
XS
SM
MD
LG