Accessibility links

Dünya Bankına alternativ yeni bank yaradılıb


Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrka Dünya Bankı və Beynalxalq Valyuta Fonduna alternativ olaraq yeni təşkilat yaradıb.

İnkişaf etməkdə olan beş ölkənin lideri təşkilat barədə Braziliyanın Fortaleza şəhərində iki günlük zirvə görüşü zamanı açıqlama verib.

Dünya Bankına alternativ olacaq Yeni İnkişaf Bankının yoxsul ölkələrə 50 miliyard dollar ayıracağı və ilkin kreditin 2016-cı ildə veriləcəyi gözlənilir.

Bununla yanaşı, beş ölkənin lideri Beynəlxalq Valyuta Fonduna alternativ olacaq təşkilata 100 miliyard dollar ayıracaqlarını bildiriblər.

Ölkə liderləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun islahatlara ehtiyac olduğunu deyir.

Yeni qurulan bankın mərkəzinin Şanxayda yerləşəcəyi və birinci prezidentinin Hindistan, sədrinin isə Brazilyadan olacağı bildirilib.

Hər ölkə yeni banka fərqli miqdarda maliyyə investisiya edəcək. BVF-a alternativ təşkilata Çinin 41, Braziliya, Hindistan və Rusiyanın 18 miliyard, Cənubi Afrikanın isə 5 miliyard dollar maliyyə investisiya edəcəyi bildirilib.

BVF inkişaf etməkdə olan ölkələrə etdiyi maliyyə yardımı qarşılığında bu ölkələrdə olduqca baha başa gələn islahatların keçirilməsini tələb etdiyinə görə tənqid edilir. ABŞ Konqresi də yoxsul ölkələrə daha çox yardım edilməsi üçün BVF-ə əlavə maliyyə ayırmağa meylli olmadığına görə təndiqlərə məruz qalır.

XS
SM
MD
LG