Accessibility links

Rusiya Braziliyadakı diplomatının adam öldürdüyünü inkar edir


Rusiyanın Braziliyadakı səfirliyi cümə axşamı diplomatlarından birinin Olimpiya Parkı yaxınlığında oğru olduğu deyilən şəxsi güllə ilə vurub öldürdüyünü inkar edib.

Rio polisi Rusiya konsulluğu işçisinin oğrunu silahsızlaşdırdıqdan sonra onu öz silahı ilə öldürdüyünü desə də, rusiyalılar bunun anlaşılmazlıq olduğunu bildirib.

Rusiya səfirlik işçilərinin silah daşımadıqlarını və onlardan heç birinin hansısa mübahisədə iştirak etmədiyini bildirib. Səfirlik bəyan edib ki, konsulluğun bütün işçiləri Rusiya vətəndaşlarıdır və rus adları daşıyırlar. Bu isə mediada diplomatın braziliyalı ad daşıdığı ilə bağlı verilən məlumatlarla ziddiyyət təşkil edir.

Rio polisinin bildirdiyinə görə, Rusiyanın vitse-konsulu hücumçüya dərhal müqavimət göstərib.

Yerli medianın məlumatında isə vitse-konsulun əslən Riolu və jiu-jitsu idman növü üzrə mütəxəssis olduğu deyilir. Məlumatda bildirilir ki, diplomat həyat yoldaşı və qızı ilə birlikdə avtomobildə gedərkən iki nəfər motosikletçi onların avtomobilini mühasirəyə alıb onu dayandırıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG