Accessibility links

Braziliya polisi Rio de Janeyroda cinayətkarlıq əleyhinə əməliyyat keçirib

  • Amerikanın səsi

Braziliya polisi Rio de Janeyroda cinayətkarlıq əleyhinə əməliyyat keçirib

Braziliya polisi Rio de Janeyroda cinayətkarlıq əleyhinə əməliyyat keçirib

Braziliyada Rio de Janeyroda polis narkotik alveri və cinayətkarlıqla mübarizə məqsədilə əməliyyyat keçirib.

Bazar günü səhər tezdən şəhərin ən böyük xarabalığı olan Vidiqal rayonunda başlayan əməliyyat nəticəsində polis ərazidə tam nəzarəti ələ alıb. Əməliyyatın bir güllə atılmadan keçirildiyi bildirilir. Vidiqal Rio de Janeyroda narkotik alverçiləri və cinayətkarların məskunlaşdığı ən böyük xarabalıqdır.

Ölkə rəsmiləri əməliyyatın keçiriləcəyini bir neçə gün bundan əvvəl elan etmişdi. Son üç ildə təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində şəhərin 19 xarabalıq rayonu təmizlənib.

Bu əməliyyatlar 2014-cü ildə futbol üzrə Dünya çempionatı və 2016-cı ildə Olimpiya oyunlarına ev sahibliyi edəcək Rio de Janeyroda sabitliyin təmin edilməsi kampaniyasının bir hissəsidir.

XS
SM
MD
LG