Accessibility links

Braziliyanın Fəhlə Partiyası bazar günü keçirilən bələdiyyə seçkilərində prezident Dilma Roussefin impiçmentindən sonra ilk dəfədir ki, seçkiləri uduzub.

Partiyanın məğlub olduğu şəhərlər arasında Braziliyanın ən böyük şəhəri Sao Paulo da var..

Ekspert Paulo Baia Reuters xəbər agentliyinə bildirib ki, seçkilərin nəticələri partiyaya olan münasibəti nümayiş etdirib.

Braziliyalılar deyir ki, onlar uzun müddətdir böhran içərisində olan ölkənin dəyişəcəyinə ümid edirlər. Böhran nəticəsində dövlət neft şirkəti Petrobras ətrafında yaranan söz-söhbət diqqətləri şirkət üzərinə yönləndirib.

Senat Roussefin dövlət pulunu Konqressin icazəsi olmadan sosial proqramlar üçün istifadə etdiyinə görə onu prezidentlik vəzifəsindən azad edib.

XS
SM
MD
LG