Accessibility links

Beynəlxalq Olimpiya komitəsi Braziliyadakı dinc nümayişləri dəstəklədiyini və 2016-cı ildə Rio de Janeyroda keçirilməsi nəzərdə tutulan olimpiya oyunları ölkəyə xeyir gətirəcəyinə əmin olduğunu deyib.

Keçən həftə hökümətə qarşı başlayan etirazlar ölkə boyunca yayılıb. İlk olaraq avtobus və metro qiymətlərinin artırılmasına qarşı başlayan nümayişlər daha sonra ictimai nəqliyyatda aşağı xidmət və ölkədə baş alan korrupsiyaya yönəlib.

Nümayişlər həmçinin 2016-cı ildə keçiriləcək yay oyunlarına, hal-hazırda davam edən Konfederasiya futbol kubokuna və gələn il keçirilməsi nəzərdə tutulan dünya futbol çempionatına milyardlarla dollarlar xərclənməsi kimi məsələləri hədəf alır.

Beynəlxalq Olimpiya Komitəsindən Assoşieyted Press xəbər agentliyinə göndərilən bəyanatda deyilir ki, 2016-cı ildə keçirilməsi nəzərdə tutulan yay olimpiya oyunlarının ölkənin nəqliyyatı, infrastrukturu və inşa lahiyələrinə böyük töhvə verərək, Braziliyada möhtəşəm idman irsi qoyacaq.
XS
SM
MD
LG