Accessibility links

Braziliyanın keçmiş komanda kapitanı Kafu 2014-cü il futbol turnirinin pərəstişkarları məyus etməyəcəyini deyib


Kafu

Kafu

Futbol azarkeşləri Braziliyada keçirilən Dünya Futbol Kubok Çempionatını izləyir. Dünya Futbol Kubokunun qalibi olmuş komandanın keçmiş kapitanı Kafu 2014-cü il futbol turnirinin pərəstişkarları məyus etməyəcəyini deyib.

“Biz Dünya Futbol Çempionatının Braziliyada keçirilməsini yeddi ildir ki, gözləyirdik.”

Sao Paulodakı evində 2014-cü il Dünya Futbol Çempionatının əvvəlində danışan Kafu İngiltərə futbol komandasının oyunlarını şərh edib.

“İngiltərə komandası çox güclüdür və qalib gəlmələri üçün lazımı bacarıqları var. Düşünürəm ki, onlar Braziliyaya sadəcə oyunlarda iştirak etməyə deyil, Kuboku udmağa gəlir.”

Futbol əfsanəsi çempionatda iştirak edən komandaların məharətli oyun nümayiş etdirəcəklərinə inandığını deyib.
XS
SM
MD
LG