Accessibility links

Braziliya Konqresi prezident Russefə qarşı impiçment icraatı başladıb


Digressão africana de Dilma Roussef relança a importânica de uma cooperação de continuidade

Digressão africana de Dilma Roussef relança a importânica de uma cooperação de continuidade

Braziliya prezidenti Dilma Russefin bazar ertəsi ona qarşı başladılan impiçment icraatına reaksiya verəcəyi gözlənilir.

Braziliya Konqresinin aşağı palatası olan Deputatlar Palatasındakı qanunvericilər bazar günü 367-137 səs hesabı ilə işi Senata göndərmək üzərində qərar veriblər.

Russefin əleyhdarlarından ibarət fraksiya lazım olan 342 səsi əldə etdiklərində sevinc hissi yaşayıb, şüarlar səsləndiriblər.

Russefin hakim koalisiyasının üzvləri isə bazar günü keçirilən səsverməni siyasi çevriliş kimi qiymətləndirib.

Russef 2014-cü ildə yenidən seçilmə şansını artırmaq üçün qanunsuz bir şəkildə dövlət büdcəsindəki çatışmazlıqları gizlətməkdə ittiham olunur. O isə bu ittihamları rədd edir. Russef həmçinin Braziliya iqtisadiyyatının durğunluq yaşamasına səbəb olmaqda və dövlət neft şirkəti Petrobrasın daxil olduğu korrupsiya qalmaqalında iştirak etməkdə günahlandırılır.

Səsvermənin nəticələri açıqlananda Russefin dəstəkçiləri və əleyhdarları daxil olmaqda minlərə insan paytaxt Braziliada nümayişlər keçirib.

Nümayişlər San Paolo və Rio de Janeyroda da baş tutub.

Əgər Senat impiçment dinləmələri keçirməyə qərar versə, 68 yaşlı Russef vəzifəsindən uzaqlaşdırıla və vitse-prezident Maykl Temerlə əvəz oluna bilər. Russef Temeri onu vəzifədən uzaqlaşdırmaq hərəkatında iştirak etməkdə günahlandırıb.

XS
SM
MD
LG