Accessibility links

Braziliyada matəm elan edilib


Braziliyada matəm elan edilib. Matəmə görə paytaxtda təşkil ediləcək “2014-Dünya çempionatına 500 gün qalır” tədbiri təxirə salınıb.

Braziliyanın Santa Mariya şəhərinin gecə klubunda baş verən yanğın səbəbi ilə 232 adam həlak olub, 100 nəfərdən artıq insan xəsarət alıb.

Rəsmilər Kiss klubunda ölənlərin əksəriyyətinin universitet tələbəsi olduğunu bildirir. Yanğına musiqi qrupunun üzvlərindən birinin fişəng atması və tavanın alovlanması səbəb olub.

Hadisənin qurbanlarının çoxu tüstüdən boğularaq ölüb.

Yanğınla əlaqədar 3 nəfər həbs edilib. Yerli xəbərlərə görə, həbs edilənlərə klubun sahibi və musiqi qrupunun iki üzvü daxildir.

Braziliya prezidenti Dilma Russeff Çili səfərini yarımçıq qoyaraq vətəninə qayıdıb.

BMT-nin baş katibi Ban Gi Mun cavanların ölümünə görə Braziliya xalqına başsağlığı verib.

250 min sakini olan Santa Mariya universitet şəhəridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG