Accessibility links

Elm

Braziliya Olimpiya oyunlarına texniki hazırlıq görür [Video]


Rio de Janeyroda yerləşən texnologiya mərkəzinin İT mütəxəssisləri qarşıdan gələn 2016 Olimpiya Oyunlarda elektronik cihazlar üçün böyük şəbəkə qururlar. Bu il bütün sistem cloud sisteminə əsaslanacaq. Bu, dünya boyu milyonlarla azərkeşə lazımı məlumatlara dərhal çıxış imkanı verəcək.

Avqust ayında başlayacaq Olimpiya oyunları üçün internet texnologiya mütəxəssisləri kompüter və digər cihazlar üçün şəbəkə qurmaqda davam edir.

Qadınlar arasında güləş yarışlarında şəbəkə sınaqdan keçirilir.

Hədəf 144 idman mərkəzindən nəticələrin dərhal çatdırılmasıdır. Bu yarışda iştirak edənlərə, hakimlərə etirazlarını bildirməyə və milyonlarla idman azərkeşlərinin yarışlar haqda məlumatları əldə etməsinə xidmət göstərəcək.

Qustavo Naskimento: “Biz bu şəbəkəni sınaqdan keçirmək üçün çoxlu iş görməliyik. Qurulan optik fiber şəbəkələrin işini yoxlamalı və onlar arasındakı bağlantıları test etməliyik.”

Sinxron kameralar şəbəkəsi yüksək sürətli optik kabellərlə Texniki Əməliyyatlar mərkəzində yerləşən yaddaşa qoşulacaq. Həmin yerdə 500 internet üzrə mütəxəssis 180 fərqli vəzifələrdə işləyəcək.

Onlardan çoxu rəsmi internet saytlarının təhlükəsizliyinə nəzarət edəcək.

Adam Dolman: “Biz mütəmadi olaraq kiber hücumlarına məruz qalırıq. Bizim burada sistemə nəzarət edəcək komandamız var. Onlar sistemin təhlükəsizliyini qoruyur.”

İlk dəfə bu il bütün sistem cloud sisteminə əsaslanacaq. Yəni şəxsi kompüterdəki nasazlıqlar sürət və nəticəyə təsir göstərməyəcək.

Digər təhlükəsizlik tədbiri isə Rio-dakı mərkəzi İspaniyada yerləşən Texnoloji Əməliyyatlar mərkəzi tərəfindən dəstəklənəcək.

Dünyaboyu azərkeşlər məlumatlara dərhal çıxışları olacaq.

Adam Dolman: “Insanlar saniyələr içində internetə daxil olaraq idmançıların nəticələri ilə yanaşı onların tarixçələrinə baxa biləcək.”

İT mütəxəssisləri deyir ki, Rio-nun Sambadromunda keçirilən karnaval rəqslərində olduğu kimi, onlar avqust ayında keçiriləcək oyunlarda təxminən 4,8 miliyard izləyiciyə xidmət göstərməyə hazırdırlar.

XS
SM
MD
LG