Accessibility links

Braziliya polisi terror şübhəsi ilə İran vətəndaşını həbs edib


Braziliya polisi Rio Qrand do Sul cənub regionunda Çui şəhərindəterrorizmlə əlaqə şübhəsi ilə İran vətəndaşını həbs edib.

Puria Peykani iyulun 15-dən federal polis və Braziliyanın kəşfiyyat agentliyi tərəfindən izlənilib.

Yerli xəbərlərdə onun həbsi və deportasiyası haqda qərar verildiyi bildirilir.

Peykani cümə günü avtobusla Uruqvaya daxil olmaq istəyərkən saxlanılıb.

Braziliyanın Federal İctimaiyyət nazirliyi açıqladığı bəyanatda onun ölkədə qeyri-qanuni statusu ilə əlaqədar olaraq deportasiyası haqda qərar verildiyini bildirib.

"Bu, sənədləri olmayan, ölkədə viza və yaşayış icazəsi olmayan şəxslər üçün standart qaydada həyata keçirilən bir prosesdir"-deyə bəyanatda bildirilir.

Peykani hüquq-mühafizə orqanlarının diqqətini iyun ayında San Paoloda Qarulhos hava limanının fotolarını çəkən zaman cəlb edib. Polisin bildirdiyinə görə, o, Braziliyaya mart ayında İran pasportu ilə daxil olub. Onun iki dəfə Qarulhosa getdiyi və orada yeni fotolar çəkdiyi bildirilir. Peykani polis tərəfindən sorğu-sual ediləndən sonra saxlanılıb və sonra azad buraxılıb.

Rəsmilər Peykaninin şəklini Braziliyanın hava limanları və kəşfiyyat agentliyinə göndərib.

Braziliya rəsmilərinin bildirdiyinə görə, Peykaninin mümkün hücumların planlaşdırılması ilə birbaşa əlaqəsi olub-olmadığı məlum deyil.

Polis Peykani ilə yanaşı iyul aynda Rio de Janeyroda Olimpiya Oyunları zamanı hücumlar planlaşdırmaqda şübhəli bilinən daha 10 nəfəri həbs edib.

Ədliyyə naziri Alexandre de Moraes qrupun üzvlərinin İŞİD-a formal olaraq sədaqət andı versə də, terrorçu qrupla birbaşa əlaqələri olmadığını bildirib.

Keçən ay Fransanın Nitsa şəhərində hücumdan sonra Braziliyada təhlükəsizlik tədbirləri gücləndirilib, ölkənin hər yerində polis reydləri keçirilib, həbslər edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG