Accessibility links

Braziliyada tətil edən müəllimlər və polis arasında toqquşma baş verib


Braziliyanın Rio de Janeyro şəhərində məktəb müəllimləri ilə polis arasında qarşıdurma baş verib.

Müəllimlər maaşların artırılması tələbi ilə şəhərin mərkəzində bələdiyyə binasının önündə toplaşıblar. Şəhər bələdiyyəsində mer Eduardo Paesin maaşlara dair təklifinin səsə qoyulacağı gözlənilir.

Tətil edən müəllimlər təklifilə razılaşmayaraq, onun irəli sürülən tələblərə cavab vermədiyini deyir.

Vəziyyət polisin nümayişçilərə qarşı qulaqbatırıcı qumbaralar və rezin güllələrdən istifadə etməsindən sonra gərginləşib.

Nümayişlərin 46 gündür davam etməsinə baxmayaraq, şəhər rəsmiləri və müəllimlərin həmkarları ittifaqı arasında danışıqlar nəticəsiz olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG