Accessibility links

Braziliya yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları aşkar edilib


Braziliya yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları aşkar edilib
Braziliya yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları aşkar edilib

Fransa rəsmilərinin bildirdiyinə görə, iki il əvvəl Braziliya yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları və insan cəsədləri aşkar edilib. Qalıqların çıxarılması əməliyyatı bu ay ərzində başlamalıdır. Air France hava yollarının 447 reysli təyyarəsi 2009-cu ilin iyun ayında Atlantik okeanına düşmüşdü. Təyyarədə olan 228 adam həlak olmuşdu. İndiyədək cəsədlərin yalnız 50-i aşkar edilib.

Ekspertlər “qara qutunun” tapılacağına böyük ümid bəsləyirlər. Təyyarənin pis hava şəraitində uçduğu deyilsə də, qəzanın əsl səbəbi hələ məlum deyil.

XS
SM
MD
LG