Accessibility links

Braziliya Yay Olimpiya Oyunlarına hazırdırmı? [Video]


Braziliya Yay Olimpiya Oyunlarına hazırdırmı?
please wait

No media source currently available

0:00 0:02:21 0:00

«سعید کنگرانی» ستاره فیلم «در امتداد شب» و سریال «دایی‌جان ناپلئون» در ۶۳ سالگی در تهران درگذشت. آیا فیلم های او را دیده اید؟

Braziliya bu ilin avqust ayında Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Ancaq ölkədə bir çox problemlər var: siyasi iğtişaş, Zika virusu, oyunlara ləng hazırlıqlar- bunların hamısı Braziliyanın Olimpiya Oyunlarına hazır olmadığını göstərir.

Braziliya üç ay sonra keçiriləcək Olimpiya Oyunlarına hazır bir ölkə kimi görünmür.

Bu virus artıq bir ölkədə 7 min uşağı təsirinə məruz qoyub. Bir yarışmaya görə virusu daha neçə ölkəyə yaymalıyıq?
Amir Attaran

Siyasi cəbhədə prezident Dilma Russef impiçmentlə üzləşib. O, altı ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb və müvəqqəti prezident Maykl Temerlə əvəz olunub. Bəziləri bu addımı çevriliş kimi qiymətləndirir.

Səhiyyə sektorunda isə Zika virusu var. Ağcaqanad sancması nəticəsində yaranan virus körpələrdə mikrosefaliyaya səbəb olur- yəni bu körpələrin baş və beyinləri kiçik olur. Qadınların ölkəyə gəlməmələri barədə xəbərdarlıq edilib.

İdmançılar tvitter vasitəsilə bildirib ki, bu problemlərə baxmayaraq onlar yarışlarda iştirak edəcək. Ölkələr komandaları üçün Zika virusu keçirməyən geyimlər hazırlayır. Bəzi səhiyyə ekspertləri isə Beynəlxalq Olimpiya Komitəsini yarışmanı təxirə salmağa və ya başqa bir yerə keçirməyə çağırır.

“Bu virus artıq bir ölkədə 7 min uşağı təsirinə məruz qoyub. Bir yarışmaya görə virusu daha neçə ölkəyə yaymalıyıq,” deyə Amir Attaran gileylənir.

Mikrosefaliya ilə doğulan körpə
Mikrosefaliya ilə doğulan körpə

Amma Olimpiya Oyunlarını təxirə salmaq və ya başqa bir ölkəyə keçirmək sponsor şirkətlərə yüz minlərlə dollara başa gələ bilər.

Zika virusu və Braziliyadaki siyasi iğtişaşlardan əlavə başa çatmamış Olimpiya layihələri kimi problem də mövcuddur. Məsələn yol hərəkətini rahatlatmaq üçün Rio de Janeyrodakı dörd Olimpiya arenasını birləşdirən metro sistemi hələ də başa çatdırılmayıb. Braziliyalı jurnalist Manuela Parrino Rio suyunun çirkliliyinin yelkən yarışına təsir göstərə biləcəyindən narahatdır.

Böhranın hər zaman müsbət nəticələri olur və biz indi görürük ki, federal prokurorlar həqiqətən günahkarları məsuliyyətə cəlb edir.

“Şəhərin kanalizasiya və zibil tullantıları yelkən yarışının keçiriləcəyi Guanabara Körfəzinə axır”, deyə o bildirir.

Bəs Braziliya bu problemləri necə həll edə bilər? Riordan Roett Conks Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun Braziliya üzrə ekspertidir:

“Böhranın hər zaman müsbət nəticələri olur və biz indi görürük ki, federal prokurorlar həqiqətən günahkarları məsuliyyətə cəlb edir. Onlar konstitusiyanı oxuyublar, müstəqildirlər və artıq mənim heç bir zaman ağlıma gəlməyən insanları, məsələn çox zəngin inşaat liderləri və digər siyasətçiləri həbs edirlər.”

Hazır olsa da, olmasa da, öz problemlərini həll etməyə çalışarkən Braziliya Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG