Accessibility links

ABŞ prezidenti Barak Obama Vaşınqtonda braziliyalı həmkarı Dilma Russefflə görüşüb.

Görüşün məqsədi ölkələr arasında əlaqələrin gücləndirilməsi və son zamanlar telefon danışıqlarının dinlənilməsi ilə bağlı gərginliyi azaltmaq məqsədi daşıyıb.

Ağ Evdə keçirilən birgə mətbuat konfransında Obama deyib ki, Braziliya yalnız regional iştirakçı deyil, o həm də qlobal qüvvədir. Prezident Obama həmkarı Russeffə tam etimadını ifadə edib.

Öz növbəsində braziliyalı lider 2013-cü ildə ABŞ-ın onun danışıqlarını dinlədiyini öyrəndikdən sonra ABŞ-a səfərini ləğv etməsindən bəri vəziyyətin dəyişdyini deyib.

Tərəflər kiber məsələlərdə əməkdaşlığı bərpa etməyə dair razılığa gəlib.

Onlar bu ilin sonu Parisdə BMT-nin sponsorluğu ilə keçiriləcək konfransdan əvvəl iqlim dəyişikliyi ilə mübarizə yollarını nəzərdən keçirəcəklərini elan edib.

Prezident Russeff iqlim dəyişikliyi ilə mübarizə tərəfdarıdır.

Russeff deyib ki, onun ölkəsi 2030-cu ilədək təxminən İngiltərə ərazisi boyda torpaqda, yəni 12 milyon hektarlıq sahədə meşələrin bərpasına səy göstərəcək.

XS
SM
MD
LG