Accessibility links

Braziliyanın populyar sabiq liderinə xərçəng diaqnozu qoyulub

  • Amerikanın səsi

Braziliyanın populyar sabiq liderinə xərçəng diaqnozu qoyulub

Braziliyanın populyar sabiq liderinə xərçəng diaqnozu qoyulub

Braziliyanın sabiq prezidenti Luiz İnasio de Lula Silvanın boğazında xərçəng şişi aşkar edilib.

Sao Pauloda tibbi rəsmilər bu barədə açıqlama veriblər. Cənab Silvanın ilkin müalicə mərhələsi olaraq kemoterapiya qəbul edəcəyi gözlənilir.

Bir çox braziliyalıların “Lula” kimi tanıdıqları populyar lider Sao Paulonun Sirio Libanes xəstəxanasında müalicə olunur. Bu xəstəxana xərçəng xəstəlikləri üzrə ixtisaslaşır.

Hazırkı prezident Dima Russeff yanvar ayında prezidentliyə başlamazdan öncə limfoma xərçəngi ilə əlaqədar bu xəstəxanada müalicə olunmuşdu.

XS
SM
MD
LG